Tibbi maska və əlcək gömrük rüsumundan azad olundu

ÖLKƏ
17:11 / 02.07.2020
940

Azərbaycana idxal olunan baxillər, steril və qeyri-steril əlcəklər və tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və respiratorların gömrük rüsumundan azad edilməsi müddəti artırılıb.

HİT.Az-ın məlumatına görə, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” 5 mart tarixli 84 nömrəli qərarına əsasən, baxillər, steril və qeyri-steril əlcəklər və tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və respiratorlarınn idxalı cari ilin iyul ayının 1-dək idxal gömrük rüsumundan azad olunmuşdu.

Dəyişikliyə əsasən, bu müddət sentyabrın 1-dək uzadılıb.

0