Evdən gündə bircə dəfə də çölə çıxan varsa... - Vasif İsmayıldan xəbərdarlıq

ÖLKƏ
17:27 / 02.07.2020
1619

COVİD 19 infeksiyasına yoluxmamağın tək yolu sosial izolyasiyadır.

HİT.Az xəbər verir ki, bunu tanınmış həkim Vasif İsmayıl deyir. O,  bu barədə fikirlərini sosial şəbəkədə paylaşıb:

"Sevişmək qadağandır.

Azərbaycanda virus epidemiyası mümkün olan bütün sərhədləri aşdı. Sosial məsafə çöldən evinizə qədər girdi. Evdən gündə bircə dəfə də olsa çölə çıxan biri varsa, risk yenə də yuxarıdır.

Artıq sadəcə çöldəkilərlə deyil, eyni zamanda ev əhalisi ilə də sosial məsafə saxlayacaqsınız.

Uşaqları öpərək qarşılamağa bir müddət (ən az 2 ay) ara verəcəksiniz.

Yaşlılarla öpüşərək görüşməyə bir müddət (ən az 2 ay) ara verəcəksiniz.

Çöldə isə özünüzü kosmonavt kimi aparacaqsınız. Bunu necə edəcəyinizi bilmirəm. Artıq orasını da özünüz düşünün".

 

0