TƏBİB vəziyyəti ağır olan xəstələrin sayını açıqladı

ÖLKƏ
09:29 / 03.07.2020
1013

Bu gün Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6976 test aparılıb. Ötən müddət ərzində aparılan testlərin sayı 495 min 828-ə çatıb.

Bu barədə HİT.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Hazırda müalicəsi davam etdirilən koronaviruslu xəstələrin sayı 8031-ə bərabərdir. Xəstələrdən 241 nəfəri reanimasiyadadır ki, onlardan da 51-i süni tənəffüs cihazına qoşulub.

1