Nazirliyin binasında əməliyyat - Vəzifəli şəxslər saxlanıldı 

ÖLKƏ
12:41 / 03.07.2020
4970

Xarici İşlər Nazirliyində həyata keçirilən anti-korrupsiya əməliyyatında həbs olunanlardan birinin adı bəlli olub.

HİT.Az xəbər verir ki, Sfera.az-ın məlumatına görə, bu nazirliyin İşlər İdarəsinin müdiri Fərhad Mollazadədir.

Xatırladaq ki, Fərhad Mollazadə xarici işlər naziri Elmar Məmmədyarovun yaxın dostudur və o nazir təyin olunandan bərabər çalışırlar.

***

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində anti-korrupsiya əməliyyatı həyata keçirilir.

Sfera.az-ın məlumatına görə, hüquq-mühifizə orqanları hazırda XİN-nin binasındadır. Nazirliyin bir neçə vəzifəli şəxsinin saxlandığı bildirilir.

Ətraflı məlumat verməyə çalışacağıq.

0