ARB24-ün 4 əməkdaşında koronavirus aşkarlandı

ÖLKƏ
19:13 / 03.07.2020
1432

ARB24 telekanalının 4 əməkdaşında koronavirus aşkarlanıb.

HİT.Az-a daxil olan məlumatda deyilir:

"İlk testi pozitiv çıxan 2 əməkdaşımızın karantin şəraitində 1 həftə saxlanıldıqdan sonra verdiyi növbəti testin nəticəsi neqativ çıxıb və onlar artıq evə buraxılıblar. 1 əməkdaşımız isə xəstəxana şəraitində həkim nəzarətində saxlanıldıqdan sonra evə buraxılıb, müalicəsi ev şəraitində davam etdirilir. Hazırda 1 əməkdaşımızın müalicəsi xəstəxana şəraitində davam etdirilir. O, özünü yaxşı hiss edir, səhhətində ciddi ağırlaşma yoxdur".

Bundan başqa, sərt karantin rejiminin tətbiq olunmasından etibarən proqram siyasətində dəyişiklik edilib, əməkdaşlar 2 qrupa bölünərək işləyirlər. Müvəqqəti olaraq, ARB24 telekanalında daha məhdud efir yayımına keçilib, canlı yayım verilişlərin sayı azaldılıb.

0