Tanınmış aparıcının anası koronaya yoluxdu

ÖLKƏ
13:54 / 03.07.2020
1527

ATV kanalının aparıcısı Pərvin Əsgərlinin anası koronavirusa yoluxub.

Bu barədə P.Əsgərli özü "Facebook" hesabında qeyd edib. O bildirib ki, hazırda anası nəfəs almaqda çətinlik çəkir:

“Bu gün səhər anamın “artıq nəfəs ala bilmirəm” sözü ilə oyandım. Anam da COVİD-19-dan əziyyət çəkir. Neçə gündür ki, evdə müalicə etdiririk. Evdə ihalyasiya aparatı ilə yatıb-durur. Amma yenə də nəfəs almaqda çətinlik çəkir. Əgər hələ də inanmayanlar varsa, lütfən, inanın. Ən doğmam - anam bu dəqiqə ölüm-dirim savaşı verir. Allah onu mənə çox görməsin”.

Aparıcı qeyd edib ki, bir qisim insan bu xəstəliyi ən ağır formada keçirir:

“Ən yaxşı halda qalıcı fəsadlar olur, ən pis halı dilimə belə gətirmək istəmirəm, amma istəklərin bir önəmi qalmayıb artıq. Səhhətimizə və ətrafımıza biganəliyimiz sonumuz ola bilər”.

0