Əhalinin 70 faizi yoluxsa, öhdəsindən gələ bilməyəcəyik - Açıqlama

ÖLKƏ
16:43 / 03.07.2020
1359

“Bu gün koronavirusun ikinci alovlanması baş verir”.

Bunu biologiya üzrə fəlsəfə doktoru Ələmdar Məmmədov ATV telekanalında yayımlanan “ATV Qərargah” verilişində çıxışı zamanı deyib.

O bildirib ki, xəstəliyin birinci dövründə yoluxma və ölüm sayı az idi:

“İkinci alovlanma dövründə, təəssüf ki, yoluxma və ölüm sayları artdı. Bu səbəbdən dövlət karantin rejimini sərtləşdirməyə məcburdur. Əgər əhalimizin 70-80 faizi bu virusa yoluxsa, bunun öhdəsindən gələ bilməyəcəyik.

Yalnız karantin rejimi qaydalarına riayət edilərsə, mübarizə apara bilərik. Maksimum xəstəliyə yoluxmadan qorunmaq lazımdır”.

0
oxu.az