DYP postları yenidən fəaliyyətə başladı - VİDEO

ÖLKƏ
18:11 / 03.07.2020
3688

Dövlət Yol Polisi (DYP) Bakı şəhərinin müxtəlif küçə və prospektlərində sürücü və sərnişinlərin yoxlamasını həyata keçirir.

HİT.Az Report-a istinadla xəbər verir ki, xüsusi karantin rejiminin tələblərində nəzərdə tutulmuş müvafiq icazələrinin olub-olmamasına nəzarət etmək məqsədilə hərəkət iştirakçılarının – sürücülərin və sərnişinlərin sənədləri yoxlanılır.

Müvafiq icazəsi olmayan hərəkət iştirakçıları qanunvercilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir.

Qeyd edək ki, Bakı şəhərinə giriş-çıxış postları istisna olmaqla digər postlar iyul ayının 2-dən ləğv edilmişdi.

Daxili İşlər Nazirliyindən bildirilirdi ki, buna səbəb şəhərdaxili yollarda avtonəqliyyatın hərəkətinin intensivliyini təmin etmək, sərtləşdirilmiş xüsusi karantin rejiminə nəzarətə daha çox əməkdaşın cəlb edilməsidir.

1