Azərbaycanda koronavirusdan 7 nəfər də öldü - BU GÜNÜN STATİSTİKASI

17:28 / 03.07.2020
1167

Bu gün daha 583 nəfərdə koronavirus aşkarlanıb, 7 nəfər isə vəfat edib. 

HİT.Az-ın verdiyi xəbərə görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. 

O bildirib ki, 395 nəfər xəstə sağalaraq evə buraxılıb.

Hazırkı dövrədək ölkəmizdə 19 267 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 10 820 nəfər müalicə olunaraq sağalıb, 235 nəfər vəfat edib, 8212 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Bu gün 7137 koronavirus testi aparılıb.

0