Evdə müalicə alan korona xəstələrinə dərman çatdırılmasına başlanıldı

17:58 / 03.07.2020
930

“Təcili Tibbi Yardımın əsas vəzifəsi insanları xəstəxanalara çatdırmaq və poliklinikalara təhkim etməkdir”.

HİT.Az-ın verdiyi xəbərə görə, bunu Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov deyib. 

O bildirib ki, buna görə xüsusi koordinasiya qrupu yaradılıb: “Ora həm Səhiyyə Nazirliyi, həm də TƏBİB daxildir. Çox yaxşı koordinasiya da edirlər”. 

Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov əlavə edib ki, artıq evdə müalicə olunanlara dərmanların çatdırılmasına başlanılıb. 

0