Parkda kabab çəkənlər cərimələndi (FOTO)

ÖLKƏ
12:09 / 04.07.2020
1446

Paytaxtın Səbail rayonunda sərtləşdirilmiş xüsusi karantin rejim qaydalarına əməl etməyən, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərini pozaraq “ad günü” keçirən şəxslər müəyyən olunaraq inzibati məsuliyyətə cəlb olunublar.  

HİT.Az xəbər verir ki, rayonun T.Elçin və H.Seyidbəyli küçələrinin kəsişməsində yerləşən park tipli bağda epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimini pozaraq məclis təşkil edən şəxslər saxlanılıblar. 

Ümumilikdə 5  nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, onların hər biri 200 manat cərimə olunublar.

 

0