AzTV-nin koronavirusdan öldüyü bildirilən baş redaktoru Etibar Babayevin bacısı Arzu Babayeva qalmaqallı açıqlama ilə gündəmə gəlib.
Hit.Az xəbər verir ki, o, sosial şəbəkə hesabında bildirib ki, qardaşı soyuqdəymə ilə xəstəxanaya gedib: "Professorlar dedi ki, heç nəyi yoxdur. Nə iynə vurdularsa, ayılmadı. Əgər onda virus olsaydı, o qədər adam dəfnə buraxılmazdı. Çünki virusdan ölənləri dəfn üçün vermirlər. Biz hamımız orda idik. Bu da tərifli EGE klinikası. Öz ayağı ilə getdi, ölüsü gəldi".
Açıqlamaya sözügedən xəstəxanadan da reaksiya gəlib: “Məlumat üçün bildirmək istəyirik ki, xəstə Ege Hospitala başqa xəstəxanadan diaqnostik müayinə üçün göndərilib və diaqnostik müayinə olunub. Diaqnostik müayinənin nəticələri xəstənin yaxınlarına təqdim olunub. Ege Hospitalda xəstəyə heç bir müdaxilə olunmayıb, o cümlədən heç bir iynə də vurulmayıb. Yayılan informasiya həqiqədə uyğun deyil, yalnışdır. Mərhuma rəhmət, yaxınlarına səbr diləyirik. Allah rəhmət eləsin!”
Xəzər
Cebhe.info