Bakının Binəqədi rayonunda baş verən yanğınla bağlı rəsmi açıqlama verilib.
Hadisə ilə bağlı açıqlama verən Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Gülçin Mehdiyeva bildirib ki, yanğın paytaxtın Binəqədi rayonunda baş verib:
“Binəqədi rayon, 7-ci mikrarayonda yerləşən Sobsan boya fabrikində yanğın baş verib. Bununla bağlı Fövqəladə Hallar Nazirliyinin 112 qaynar xəttinə məlumat daxil olub. Dərhal əraziyə nazirliyin müvafiq qübbələri cəlb olunub”.
Axar.az