Elmar Məmmədyarovun yerinə 3 namizəd hazırlanıb - İDDİA

ÖLKƏ
10:24 / 05.07.2020
3657

Azərbaycanın Xarici İşlər naziri vəzifəsinə 3 namizəd hazırlanıb.

HİT.Az xəbər verir ki, bu iddia ilə Azərbaycan Demokratiya və Rifah Hərəkatını sədri Qubad İbadoğlu çıxış edib.

Hazırda ABŞ-da yaşayan Qubad İbadoğlu bildirib ki, namizədlərdən biri bu posta uyğundu: "Qalan ikisi hətta Elmar Məmmədyarovla müqayisədə çox zəif görünürlər".

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) bir neçə gün əvvəl XİN-də əməliyyatın keçirilməsi barədə məlumat yayıb: "Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında istintaq-əməliyyat tədbirləri həyata keçirilir”.

2