1 saylı Şəhər Klinik Xəstəxanasına (El arasında “Semaşko” adlanan xəstəxana-müəll.) içməli suyun verilişi dayandırılıb.
Cebhe. info -ya daxil olan məlumata görə su təminatında 2 saata yaxındır ki, problem yaşanıb. Bu da xəstələrin və tibbi personalın işini çıxılmaz vəziyyətə salıb.
Məsələ ilə bağlı "Azərsu" ASC - nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib ki, qurumun oradakı magistralında daimi suyu var: "Suyun kəsilməsinin səbəbini xəstəxananın təsərrüfat birliyi və rəhbərliyi bilər".