Azərbaycanda 523 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 451 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Hit.Az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər isə vəfat edib.
İndiyədək 250 nəfər bu virusdan dünyasını dəyişib, 11 742 nəfər sağalıb.
Ötən müddət ərzində 516 min 533 test aparılıb. Bugünkü test sayı isə 6722-dir.