“Fairmont Baku” otelində karantini pozanlar saxlanıldı - VİDEO

ÖLKƏ
23:40 / 05.07.2020
1338

Bakının məşhur hotellərindən olan "Fairmont Baku"da karantin rejiminin pozulmasını əks etdirən fotoların sosial şəbəkələrdə yayılması polisi hərəkətə gətirib.

Yayılan şəkillərdə karantin rejiminin qaydalarına zidd olaraq hovuzun müştərilərin ixtiyarına verildiyi və orada sosial məsafə gözlənilmədən kütləvi şəkildə çimənlər olduğu görünür.

Hovuz ətrafında istirahət edən şəxslərin görüntüləri sosial şəbəkələrdə yayılandan sonra polisin oteldə əməliyyat keçirdiyi və karantin qaydalarını pozan şəxslərin saxlanıldığı bildirilir.

Məlumata görə, əməliyyat nəticəsində “Fairmont Baku” otelində 10-dan çox şəxs saxlanılaraq Səbail Rayon Polis İdarəsinə aparılıb. Hazırda onlar barəsində araşdırma aparılır və nəticəyə uyğun olaraq hüquqi addımlar atılır. İctimaiyyətə geniş yekun məlumat veriləcək.

0
Modern.az