Azərbaycanda polkovnik və mayor koronavirusdan öldü

10:33 / 06.07.2020
3274

Azərbaycanda 2 polis əməkdaşı koronavirsudan ölüb.

HİT.Az-ın “Report”a istinadən məlumatına görə, Bakı şəhərində xəstəxanada müalicə olunan həmin şəxslərdən biri iyulun 1-də, digəri isə iyulun 4-də dünyasını dəyişib.

Həmin şəxslər polis polkovnik-leytenantı və polis mayoru rütbəsində olub.

Məlumata görə, polis polkovnik-leytenantın ölümündən bir gün əvvəl anası da vəfat edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti faktı təsdiqləyib.

1