Neftçalanın icra başçısından yeni təyinat (FOTO)

13:43 / 06.07.2020
1680

Neftçala Rayon İcra Hakimiyyətində (RİH) yeni kadr təyinatı olub.

HİT.Az xəbər verir ki, "Report"un Muğan bürosunun məlumatına görə, bununla bağlı Neftçala RİH-in başçısı Mirhəsən Seyidov əmr imzalayıb.

Əmrə əsasən, Elşən Həsən oğlu Əmirov Neftçala RİH-in Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri təyin edilib.

Qeyd edək ki, E.Əmirov bu təyinata qədər həmin şöbədə baş məsləhətçi çalışıb.

1