Bakıda məzarların hasarları oğurlandı

ÖLKƏ
19:39 / 06.07.2020
1168

Bakıda qəbiristanlıqdan oğurluq edilib.

DİN mətbuat xidmətindən HİT.Az-a daxil olan xəbərə görə, iyulun 2-də Biləcəri qəsəbəsindəki qəbristanlıqdan məzarların ətrafına çəkilmiş dəmir barmaqlıqları oğurlanıb.

Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Ə.Məhərrəmov və Abşeron rayon sakini F.Bayramov saxlanılıblar.

0