Kür quruyur, Xəzərin suyunu içək - VİDEO

16:24 / 06.07.2020
1220

Gündəmi zəbt edən koronavirus bir çox vacib problemləri kölgədə qoyub. Bu gün verəcəyi zərər heç də pandemiyadan geri qalmayan bir problemlə üz-üzəyik.

Baku.tv xəbər verir ki, söhbət qurumaqda olan kür çayından gedir. Kür ətrafı rayonlarda yaşayan minlərlə insan istər məişətdə, istərsə də suvarmada suya olan tələbatını bu çay vasitəsi ilə ödəyir. Amma günü-gündən çayın suyu çəkilməyə başlayıb. Bu isə olduqca ciddi problemdir. Çünki, suyun olmamasının özü, koronavirusdan da daha sarsıdıcı xəstəliklərin başlamasına səbəbdir.

 Belə olan halda çıxış yolu dünya təcrübəsində olduğu kimi, dəniz suyunu içməli su səviyyəsinə qədər təmizləmək və vətəndaşların istifadəsinə verməkdir. Təəssüflər ki, ölkəmizdə bu üsuldan çox az istifadə olunur. Əslində yarana biləcək su qıtlığı probleminin həlli məqsədi ilə 2012-ci ildə Salyan rayonunun Xıdırlı kəndində dəniz suyunu içməli su səviyyəsinə qədər təmizləməyə imkan verən zavod inşa edilib. Bu zavod vasitəsi ilə dəniz suyundan sutkada 2000 kubmetr şirin su istehsal olunur. Su tam istifadəyə yararlı şəraitdə təmizlənir və bunun sayəsində hektarlarla ərazidə yaşıllıq zolağı salınıb, məişətdə istifadə olunur. Belə olan halda bir sual yaranır. Bu texnologiyadan istifadə edərək əhalinin içməli suya olan tələbatını ödəmək mümkün deyilmi?

 Zavodun direktoru Qabil Teymurov bildirir ki, təkcə böyük su anbarları ilə deyil, dağ çaylarının üzərində də su anbarları yaradılmalı və o sudan səmərəli istifadə olunmalıdır.

“Əsasən də buna suvarmada diqqət yetirmək lazımdır. Arx sistemi ilə deyil, damcı sistemləri tətbiq olunmalıdır. Əgər bu üsuldan istifadə edilərsə, vətəndaşların bu cür problemlə qarşılaşma riski də az olar” – deyə direktor əlavə edir.

 

0