ATV-nin baş mühasibi koronavirusa yoluxdu

ÖLKƏ
13:50 / 07.07.2020
1020

“Azad Azərbaycan” Televiziyasının (ATV) bir neçə əməkdaşı koronavirusa yoluxub. 

HİT.Az xəbər verir ki, News24.az-ın məlumatına görə, yoluxanlar arasında televiziyanın baş mühasibi, hüquqşünas, baş operator da var. 

Daha bir neçə əməkdaş isə xəbərlər departamentindəndir. 

Bildirilib ki, xəbərlər departamentində bu virusa yoluxan əməkdaşlar artıq müalicə olunaraq sağalıblar. 

0