Bakıda YPX əməkdaşları ilə icazəsi ləğv edilən taksi sürücüsü arasında mübahisə - VİDEO

21:53 / 07.07.2020
1716

Bakıda Yol-Partul Xidmətinin (YPX) əməkdaşları ilə taksi sürücü arasında mübahisə baş verib.

Bununla bağlı video sosial şəbəkədə yayımlanıb.

Videonu çəkən şəxs iddia edir ki, taksi sürücüsünün icazə.e-gov.az portalında icazəsi ləğv edilib və onun bundan xəbəri olmayıb.

Yol polisi əməkdaşları Heydər Əliyev prospektində avtomobili saxlayıb və yoxlama zamanı həmin şəxsin portalda icazəsinin olmadığını müəyyən ediblər.

Sürücü buna qarşı sərt reaksiya verib. Mübahisənin sonunda YPX əməkdaşları sürücünü xidməti maşına əyləşdiriblər.

Həmin görüntüləri təqdim edirik:

1
Oxu.az