Xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar işsiz qalan və günəmuzd işləyən şəxslərə 190 manat birdəfəlik ödəmənin verilməsinə başlanılıb.
HİT.Az xəbər verir ki, ödənişin hesaba köçürülməsi ilə bağlı həmin şəxslərin mobil nömrələrinə bildiriş gəlib.
Qeyd edək ki, ümumilikdə 16 şəhər və rayon üzrə 287 min nəfərə ödənişin həyata keçirilməsi planlaşdırılıb və bu məqsəd üçün 55 milyon manat vəsait ayrılıb.
Xatırladaq ki, sərt karantin rejimi Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılıb.