Yas və toy mərasimlərinə nə zaman icazə veriləcək? (AÇIQLAMA) 

ÖLKƏ
16:04 / 27.04.2020
1387

Xəbər verdiyimiz kimi, bu gündən başlayaraq bəzi iş və xidmət sahələrinin fəaliyyətinə icazə verilib. Karantin rejimin növbəti yumşaldılmasında toy və yas mərasimlərinə icazə veriləcək?

Hit.Az xəbər verir ki, bununla bağlı sonxeber.az-a danışan deputat Kamilə Əliyeva bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargah bu gündən yumşalma rejiminə keçib:

"Toy və yas mərasimlərinə yenidən icazə verilməsinə hələ ki çox tezdir. Çünki toy və yas mərasimlərində insanlar kütləvi olaraq bir yerə yığışırlar. Mayın 4-nə kimi karantin rejim qüvvədədir. Hələ mayın 4-dən sonra vəziyyətə baxılacaq. Cənab prezident qeyd etdi ki, mayın 4-dən sonra yoluxanların sayı çoxalarsa, karantin rejim yenidən sərtləşdirilə bilər. Hələ yas və toy mərasimlərin keçirilməsinə icazə vermək çox tezdir. Mayın 4-də karantin rejim götürülsə də, insanlarımızı və özümüzü risk altına atmamalıyıq. Dünyada xəstəlik davam edir. Koronaviriusla bağlı bizi nə gözlədiyi bilinmir. Kütləvi şəkildə insanların bir yerə yığışması qəti qadağan olunmalıdır".

0