Bazarda gizli işləyən kafe aşkarlandı - 8 qadın saxlanıldı (FOTO)

ÖLKƏ
17:50 / 08.07.2020
1750

Bakıda xüsusi karantin rejimini pozan kafe aşkarlanıb.

HİT.Az xəbər verir ki, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən bazarın içində epidemiya əleyhinə rejim qaydalarını pozan kafedə 8-i qadın olmaqla 9 nəfər aşkar edilərək saxlanılıb.

Saxlanılanlardan 3 nəfər barəsində toplanan materiallar baxılması üçün Sabunçu rayon Məhkəməsinə göndərilib. 6 nəfər barəsində isə inzibati protokol tərtib edilib və onların hər birinə 200 manat cərimə cəzası verilib.

1