Elmar Məmmədyarovun atasının səhhəti pisləşdi

ÖLKƏ
16:00 / 08.07.2020
1245

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun atası, 95 yaşlı akademik Məhərrəm Məmmədyarovun səhhəti pisləşib.

HİT.Az xəbər verir ki, bu barədə Demokrat.az-a Məhərrəm Məmmədyarov özü məlumat verib.

Demokrat.az-ın əməkdaşının telefonla sualına cavab verməkdən imtina edən Məhərrəm Məmmədyarov hazırda səhhətinin pis olduğunu və evə həkim çağırıldığını bildirib:

"Hazırda səhhətim yaxşı deyil, xəstəyəm. Səbəbi bilinmir, həkim çağrılıb, indi gəlib yoxlayacaq. Sağ olun, xəstə olduğum üçün müsahibə vermək əhvalında deyiləm".

0