Koronavirusdan müalicə alan jurnalist bacı-qardaş Nigar Abdullayeva və Müşfiq Abdulla, habelə onun həyat yoldaşı Gülşən Abdullayeva xəstəxanada təxliyə edilib.
Yenisabah.az xəbər verir ki, açıqlama verən Müşfiq Abdulla bildirib ki, götürülən analizlərin nəticələri mənfi çıxıb və məhz bu səbəblə onlar evə buraxılıb:
"Müalicənin birinci mərhələsi başa çatdı. Hazırda özümüzü çox sağlam hiss edirik. Həkimlər də tam sağaldığımızı bildirirlər. Rentgen müayinələrin cavabları müsbətdir. Bizdən götürülən yaxmalarda artıq virusun olmadığı müəyyənləşdi. Yəni hazırda səhhətinizdə ciddi bir problem yoxdur. Bundan sonra evdə 14 gün rehabilitasiya müddəti keçirəcəyik. Bu müddət, əsasən, vitaminlərlə immunitetin gücləndirilməsi və orqanizmin daha da sağlamlaşdırılması prosedurundan ibarətdir. Həkimlər 14 gün sonra yenidən müayinədən keçməyi məsləhət gördülər. Sağalmağımıza baxmayaraq, onlar özümüzü qorumalı olduğumuzu vurğuladılar. Çünki hazırda xəstəlik kütləvi hal alıb. Sosial izolyasiya qaydalarına əməl etməliyik, maska taxmalıyıq və s.".