TƏBİB reanimasiyada olan koronavirus xəstələrinin sayını açıqladı

ÖLKƏ
23:22 / 08.07.2020
1173

Azərbaycanda süni tənəffüs cihazında olan koronavirus xəstələrinin sayı 59 nəfərdir.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) xəbər verir.

Qeyd edilir ki, xəstəxanaların reanimasiya şöbələrində müalicə edilən xəstələrin sayı 317 nəfərə çatıb.

Bu gün Azərbaycanda koronavirusla bağlı 7 355 test aparılıb. Bununla da ölkədə koronavirusla bağlı aparılan testlərin ümumi sayı 537 230-a çatıb.

0