Şöbə müdiri koronavirusa yoluxdu

ÖLKƏ
22:36 / 08.07.2020
1369

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının reanimasiya şöbəsinin müdiri Cavid Paşayev koronavirusa yoluxub.

Bu barədə jurnalist Fərəh Sabirqızı məlumat yayıb.

Cavid Paşayevin hazırda reanimasiya şöbəsində olduğu bildirilir.

Məlumata görə, 3 gün ərzində virus proqress edib, Paşayevin ciyərinin əksəriyyəti zədələnib.

0
Qafqazinfo.az