Gəncə təhsilində nə baş verir? (İDDİA)

ÖLKƏ
12:10 / 15.05.2020
1146

Koronavirus pandemiyası ilə bağlı ölkədə orta təhsil məktəblərində dərslərin dayandırılması bəzi rayon təhsil şöbələrinin rəhbərləri üçün fürsət yaradıb.

Gununsesi.org-a daxil olan məlumata görə, Gəncə Şəhər Təhsil İdarəsi orta məktəblərdə pul yığma kampaniyasına start verib. Bildirilir ki, pandemiya tətili səbəbindən işə gəlmədikləri üçün müəllimlərdən pul vermələri tələb edilir. Səbəb kimi də, onlardan on-line dərsləri lazımınca keçməmələri, dərslərə qoşulmamaları əsas gətirilir.

Bununla da hər bir müəllimdən 30-40 və ya 50 manat “haqq” ödəmələri tələb edilir.

0