Azərbaycanda reanimasiyada olan COVID-19 xəstələrinin sayı açıqlandı

ÖLKƏ
18:03 / 09.07.2020
1069

Azərbaycanda süni tənəffüs cihazında olan COVID-19 xəstələrinin sayı 59 nəfər təşkil edir.

Bu barədə HİT.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat daxil olub.

Hazırda xəstəxanaların reanimasiya şöbələrində müalicə alan xəstələrin sayı 317 nəfərdir.

Qeyd edək ki, ölkədə koronavirusla bağlı aparılan testlərin ümumi sayı 537 230-a çatıb.

1