Koronavirus xəstələrinin ən az və ən çox olan RAYONLAR

ÖLKƏ
10:32 / 09.07.2020
1935

Azərbaycanın bir çox bölgələrində aktiv koronavirus xəstələrinin sayı aşağıdır, sayların yuxarı qalxmaması üçün müvafiq epidemioloji nəzarət tədbirləri görülür və əhali tərəfindən şəxsi gigiyena qaydalarına əməl edilməsi zəruridir.

HİT.Az koronavirusinfo.az saytına istinadən xəbər verir ki, ən az yoluxma qeydə alınan rayon və şəhərlərdə ümumi xəstələrin sayı 5-6 civarındadır. Belə ki, epidemioloji vəziyyətin qənaətbxş olduğu Ucarda 4 nəfər, Yardımlıda 5 nəfər, Zərdabda 5 nəfər, Xızıda 6 nəfər, Daşkəsəndə 6 nəfər, Oğuzda 7 nəfərdə COVİD-19 testinin nəticələri pozitivdir.

Yoluxma sayında artım müşahidə edilən zonalar isə “sarı” zonaya daxil edilib.

Salyan, Astara, Ağcabədi, Neftçala, İsmayıllı və Biləsuvarda xəstə sayında artım olduğundan bölgələrin “narıncı” zonaya keçməməsi üçün müvafiq tədbirlər görülür. Belə ki, Neftçalada 33 nəfər, İsmayıllıda 50 nəfər, Ağcabədidə 57 nəfər, Astarada 64 nəfər, Biləsuvarda 67 nəfər, Salyanda 70 nəfərdə koronavirus xəstəsi var.

“Narıncı” zonaya daxil olan Şəkidə yoluxma sayı 62, Yevlaxda  95, Cəlilabadda 247, Abşeronda 479, Sumqayıtda 728, Bakının Nəsimi rayonunda 739 nəfərdə koronavirus aşkarlanıb. Bu zonalarda ya yuxarı sayda aktiv xəstə var, yaxud da son günlər yoluxmanın sürətlə artdığı müşahidə edilir.

Qeyd edək ki, indiyədək Azərbaycanda 21 916 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 13 100 nəfər müalicə olunaraq sağalıb, 274 nəfər vəfat edib, 8 542 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Ötən müddət ərzində isə ümumilikdə 537 230 test aparılıb.

2