Testlərin keyfiyyətsiz olması və bəzən də antitellərin əmələ gəlməməsi səbəbindən koronavirusa yoluxma kompüter tomoqrafiya ilə aşkarlana bilir.
Bunu Axar.az-a açıqlamasında professor Adil Qeybulla bəzi şəxslərdə testin neqativ çıxmasına baxmayaraq, kompüter tomoqrafiya zamanı virusa yoluxmanın aşkarlanmasına münasibət bildirərkən deyib. O qeyd edib ki, virusa yoluxmanı aşkarlamaq üçün yalnız bir göstərici kifayət deyil:
“Xəstədə test müayinəsi, kompüter tomoqrafiya və ümumi əlamətlər birgə dəyərləndirilməlidir”.
A.Qeybulla onu da bildirib ki, kompüter tomoqrafiya insan sağlamlığına o qədər də ziyan deyil:
“Kompüter tomoqrafiya rentgen müayinəsidir, hər halda insan sağlamlığına COVİD-19-dan ziyanlı deyil. Bir dəfə kompüter tomoqrafiyadan keçən şəxs 2-3 həftə sonra yenidən ondan istifadə edə bilər”.