Karantin dönəmində neçə nəfər cərimələnib? 

12:50 / 09.07.2020
919

"Koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində həyata keçirilən reydlər zamanı xüsusi karantin rejimi qaydalarını pozan fiziki və hüquqi şəxslərə qarşı inzibati tənbeh tədbirləri tətbiq edilir".

HİT.Az xəbər verir ki, bunu DYPİ-nin Yol Patrul Xidməti (YPX) şöbə rəisi Kamran Əliyev deyib.

K.Əliyev bildirib ki, karantin dönəmində 70 000 nəfərdən çox şəxs məsuliyyətə cəlb olunub: "Ümumi statistika 70 000 nəfərdən artıqdır. Qoruyucu vasitələrdən  istifadə edilmədiyinə görə təkcə iyun ayın 29-dan 5 iyul tarixinədək, yəni 6 gün ərzində 6613 nəfər, ümumi karantin rejiminin pozulmasına görə 19 225 nəfər cərimə olunub, 45 nəfər isə həbs edilib. Cərimə edilənlərdən ictimai nəqliyyatda qorucuyu vasitələrdən istifadə etmədiyinə görə 3000, 16161 nəfər sürücü və sərnişin xüsusi karatin rejiminin şərtlərini pozduğuna görə məsuliyyətə cəlb ediliblər”.

0
unikal.org