Azərbaycanda daha bir məhkəmə hakimi vəfat etdi - FOTO

ÖLKƏ
15:01 / 09.07.2020
1355

Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Məzahir Sadıqov vəfat edib.

Uzun müddətdir onkolji xəstəliyindən əziyyət çəkən M.Sadıqov 57 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, M.Sadıqov 2010-2015-ci illərdə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi, 2015-ci ildən isə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi vəzifəsində çalışırdı. 

Xatırladaq ki, M.Sadıqov son 1 ay ərzində  Azərbaycanda vəfat edən 4-cü hakimdir. Bundan əvvəl Bakı Apellyasiya Məhkəməsinin hakimləri Əfllatin Qasımov, Namiq Məmmədov və Müseyib Hüseynov dünyasını dəyişiblər.

0
modern.az