Pul azalanda boğazımızdan kəsirik - Mehriban Xanlarova

ÖLKƏ
23:11 / 09.07.2020
1291

“Maaşla və Prezident mükafatından gələn gəlirlə dolanıram".

Bu sözləri Unikal.org-a açıqlamasında əməkdar artist Mehriban Xanlarova deyib. Aktrisa bildirib ki, sənət adamı üçün qapanıb evdə qalmaq olduqca çətindir.

“Sənət fəaliyyətimizə tam icazə verilmir. Amma onlayn şəkildə hazırlıq prosesi və danışıqlar edirik. Sənət adamı üçün qapanıb evdə qalmaq çox çətindir. Bir də arada o iki saat vaxt var, o fürsətdən istifadə edirik. Teatr mənim ikinci evimdir, bu dəqiqə burmun ucu göynəyir, deyirəm heç olmasa teatrın bufetinin qapısı açıq olardı, gedib oturardım elə bilərdim işə gedirəm. Bizim axı başqa işimiz yoxdur ki, başımızı qataq. Maddiyyata gəlincə maaşla dolanırıq, bir də Prezident mükafatında gələn gəlirim var, onu da almasaq heç nə edə bilmərik. Bu dövrdə dolanmaq çox çətindir. Mən elə bir adamam ki lap daşı daş üstə qoyub pul qazanaram o mənim üçün ayıb deyil, sənət adamı üçün də kimdənsə nəsə istəmək ağırdr. Pul azalanda da boğazımızdan kəsirik ki, növbəti maaşa pul çatsın. Bu yaxınlarda Oksana Rəsulova ilə iş birliyimiz olacaq - serial çəkilişləri, təkliflər, dəvətlər var amma hələ ki karatinə görə hər şey dayanıb”.

 

0