Azərbaycanda daha bir həkim koronavirusa yoluxdu - FOTO

ÖLKƏ
17:30 / 09.07.2020
920

Azərbaycanda daha bir həkim koronavirusa yoluxub.

HİT.Az xəbər verir ki, bu barədə “Facebook”da məlumat paylaşılıb.

Bildirilib ki, bir neçə gün öncə Mərkəzi Neftçilər xəstəxanasının reanimatoloqu Elnur Abdullanın COVID-19 testinin nəticəsi müsbət çıxıb. O, çalışdığı xəstəxanada müalicə alır.

E.Abdulla dörd aydır xəstəxanada koronavirusa yoluxmuş xəstələrin sağalması üçün çalışan həkimlərdən biridir.

0