Xalq artisti Canəli Əkbərova ağır itki üz verib.
Qaynarinfo xəbər verir ki, xalq artistinin oğlu, 1962-ci il təvəllüdlü Asəf Əkbərov vəfat edib.
A.Əkbərov uzun müddət idi ki, onkoloji xəstəlikdən əziyyət çəkirdi.
Mərhumun nəşini dəfn etmək üçün sabah Lənkəran rayonunun Tükəvilə kəndinə aparacaqlar.
Qeyd edək ki, aprel ayının əvvəlində Canəli Əkbərovun qardaşı da Rusiyada avtomobil qəzasında həlak olmuşdu