Bakıda sərt karantin rejimi ilə əlaqədar çimərliklərə qoyulan qadağa süni (şişmə) hovuzlara tələbatı artırıb.
Hit.Az-ın xəbərinə görə, marketlər bu tələbatı nəzərə alaraq hovuz satışına başlayıb. Tələbat həmin hovuzların qiymətini bahalaşdırıb.
Uşaqlar üçün nəzərdə tutulan ən kiçik ölçülü hovuzlar 35 manatadır. Böyüklər üçün nəzərdə tutulan hovuzların qiymətinisə 150-3500 manat arasında dəyişir.
Şişmə hovuz satışını həyata keçirən “İntex” firması bu il üçün xaricdən sifariş verilən bütün ölçülü hovuzların bitdiyini elan edib. Artıq mağazalarda məhdud sayda və ölçüdə hovuzlar qalıb.