Sabiq millət vəkilinin oğluna yüksək vəzifə verildi

ÖLKƏ
12:40 / 10.07.2020
1575

Prokurorluq orqanlarında yeni təyinatlar olub.

HİT.Az xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmrlər imzalayıb.

Əmrlərə əsasən, Elgiz Qənizadə Nərimanov rayon prokurunun müavini, Vüqar Hüseynov Suraxanı rayon prokurorunun müavini və Kənan Əliyev Nəsimi rayonun prokurorunun müavini vəzifələrinə təyin edilib. 

Baş Prokurorluğun mətbuat xidmətindən yeni təyinatları təsdiqləyiblər.

Qeyd edək ki, Nərimanov rayon prokurorunun müavini təyin edilmiş E.Qənizadə sabiq millət vəkili Çingiz Qənizadənin oğludur.

1