Koronavirusa yoluxan həkimin vəziyyəti ağırlaşdı

16:53 / 11.07.2020
1095

Koronavirusa yoluxan 1 saylı Kliniki Tibbi Mərkəzin reanimatoluqu Kərəm Yaqubovun vəziyyəti ağırlaşıb.

Bu barədə tanınmış uroloq-həkim Vasif İsmayıl özünün “Facebook” hesabında məlumat verib.

O bildirib ki, Kərəm Yaqubov koronavirusla mübarizədə ön cəbhədə vuruşan qəhrəmanımızdır.

“Kərəm dosrumuz Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsində koronavirus xəstələrinə baxarkən virusa yoluxdu. Hazırda Bakı Sağlamlıq Mərkəzində intubasiya olub və ağır vəziyyətdədir. Əlimizdən gələn köməyi əsirgəməyək. Xalqımız bu qəhrəmanları unutmamalıdır”,- deyə həkim əlavə edib.

1