“Allahın mənə lütfüdür ki, gəlib 77 yaşa çatmışam. Amma kədərlənirəm ki, vaxtilə dünyanı gəzdiyim, “50-50 vurduğum”, kinoda birgə çəkildiyim, ağrı-acımzı bölüşdüyümüz dostlarımın çoxu dünyadan köçüb, təklənmişəm. İndi məni onlar haqqında xatirələr söyləmək üçün efirlərə dəvət edirlər. Deyirəm, İlahi mənim günahım nədir, onlar dünyalarını dəyişib, mənsə dostsuz qalmışam”.
Bunu Yenicag.az-a doğum gününü qeyd edən xalq artisti, tanınmış rejissor və aktyor Şeyx Əbdül Mahmudbəyov təəssüratlarını bölüşərkən deyib.
Rejissor zarafatından da qalmayıb:
“Qədr gecəsində səhərə qədər yatmadım, dualar etdim. İnsanam, mənim günahlarım var, kiminsə xətrinə dəymişəm, ola bilər kiminsə dalınca danışmışam. Allahdan xahiş etdim ki, İlahi, indiyə qədər kim məndən inciyibsə, kiməsə pisliyim dəyibsə, kimə əzab verib, dalınca danışmışamsa, məni bağışlasın. Və kim də mənə pislik edibsə, Allah onları da hidayət etsin. Səhər saat 7-də söz verdim ki, indən belə qəlbimi, ruhumu pak saxlayacam, orda pisliyə yer olmayacaq. Çünki, üzü axirət dünyasına sarı gedirəm. Kimin də mənimlə nə “razborka”sı varsa, gəlsin, Allah dərgahına, orda “razborka”mızı edək”.