Türkiyənin ən reytinqli radiosu Azərbaycana dəstəyini belə göstərdi - VİDEO 

15:05 / 13.07.2020
1760

Türkiyənin ən məşhur radio aparıcısı Ali Şentürk öz canlı efirində Azərbaycana dəstək ifadə edib.

"Afrikalı Ali" təxəllüsüylə məşhur olan aparıcı dəstək bəyanatının ardından radioda müğənni Azərinin "Çırpınırdı Qara Dəniz” mahnısını səsləndirilib.

"Azərbaycan 4 şəhid verib. 4 azərbaycanlı qardaşımız haqqın rəhmətinə qovuşub. Erməni tərəfindən ölənlərin sayı daha çoxdur. Ürəyi əsgərlərimizlə döyünən hər kəsə sevgilər və salamlar. Qardaş Türkiyə Azərbaycanın yanındadır”,-deyən Ali Şentürk şəhidlərimizə də Allahdan rəhmət diləməyi unutmayıb.


 
 

0
Sfera.az