102 məktəb binası istifadəyə veriləcək

11:00 / 14.07.2020
1275

Bu ilin sonuna kimi 102 məktəb binası şagirdlərin istifadəsinə veriləcək. Təhsil Nazirliyindən HİT.Az-a daxil olan məlumata görə, onlardan 29-u yeni tikilən, 13-ü əsaslı təmir olunan, 60-ı isə modul tipli məktəbdir.

Qeyd edək ki, modul tipli məktəblərin Quba, Qusar, Xaçmaz, İsmayıllı, Ağsu, Şamaxı, Şəki, Tovuz, Gədəbəy, Bərdə, Neftçala, Cəlilabad, Lerik, Astara, Goranboy, Xızı, Samux, İmişli, Füzuli və Ağdamda quraşdırılması nəzərdə tutulub.

0