Erməni Silahlı Qüvvələrinin bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhəddində törətdiyi təxribatın qarşısını alarkən qəhrəmancasına şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin mayoru Namiq Əhmədovun cənazəsi doğulduğu Qazax rayonuna gətirilib.
HİT.Az-ın məlumatına görə, şəhidin cənazəsi rayonun Yuxarı Salahlı kəndindəki evinə gətirilib. Qazax rayon sakinləri şəhidin cənazəsini alqışlarla qarşılayıb.
Şəhidimizin özündən yadigar 2 övladı qaldı.