"Gündəlik maska istehsalı 500 minə çatdırılıb" - İbrahim Məmmədov

ÖLKƏ
21:08 / 15.05.2020
978

Karantin rejiminin yumşalması dövründə yoluxma sayında artım müşahidə olundu. Ümumi proses idarə olunandır. Azvision.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, ötən dövrdə aidiyyatı qurumlar təşkilatı, tibbi müalicəvi təcrübə əldə ediblər.

"Aidiyyatı qurumlar ciddi maddi-texniki baza yaratmağa nail olublar. Bütün bunlar imkan verir ki, koronavirusa mübarizə ilə yanaşı, paralel həyatımıza davam edək və işləyək. Növbəti mərhələ də bunu nəzərdə tutur. Ölkəmiz 2 ay ərzində koronavirusla aktiv mübarizə mərhələsində olub. Bu mübarizədə lazım olan avadanlıqların istehsalı təmin olunub, bəzi məhsullar üzrə xaricdən asılılığı minimuma endirimişik, bir çoxları üzrə isə özümüzü təmin edirik".

İ.Məmmədov bildirib ki, ölkədə gündəlik maska istehsalı 500 minə çatdırılıb.

"Bundan əlavə, 6 min birdəfəlik geyim istehsalı mümkün olacaq. Bu da müxtəlif infeksiyalara qaşrı qorunmağa imkan verir".

Azvision.az
 

0
Azvision.az