Sumqayıtda Polad Həşimova görə yürüş keçirildi - VİDEO

ÖLKƏ
02:11 / 15.07.2020
1258

Xəbər verdiyimiz kimi, səhər saatlarında Tovuz rayonu ərazisində şiddətli döyüşlər nəticəsində general-mayor Polad Həşimov şəhid olub.

Sumqayıt şəhər sakinləri generalın xatirəsinə yürüş təşkil ediblər. Yürüşdə “Qarabağ bizimdir, bizim olacaq” şüarı səsləndirilib.

Qeyd edək ki, Polad Həşimov sabah II Fəxri Xiyabanda dəfn olunacaq.

0
Qafqazinfo.az