"Bir sıra bölgələrdə hələ də vəziyyətə ciddi yanaşmırlar. Bu səbəbdən də ciddi problemlər yaranıb".
HİT.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında TƏBİB rəhbəri Ramin Bayramlı deyib.
R.Bayramlı bildirib ki, son günlər Yevlax şəhərində 64 nəfər Koronavirusa yoluxub. O, Lənkəranın bir neçə kəndində də vəziyyətin ciddi olduğunu, yoluxmanın artdığını deyib.