Tovuz bu səhər - salamatlıq, sakitlikdir, insanlar öz iş-gücündədir - Videoreportaj

ÖLKƏ
11:06 / 15.07.2020
1041

Ermənistan-Azərbaucan sərhədində hərbi vəziyyətin son dərəcə gərginləşməsi ilə əlaqədar olaraq Tovuz rayonan ezam olunmuş reportyorlarımız - İlkin Muradov və Məhəmməd Türkmən xəbər verirlər ki, hazırda Tovuz rayonunda sakitlikdir, camaat öz ev-eşiyində, işində-gücündədir, atışma yoxdur.

Reportyorlar bildirirlər ki, ötən gecə sosial şəbəkələrdə yayılan dezinformasiyaların heç bir əsası yoxdur, heç bir hərbi və mülki obyektimiz vurulmayıb, tələfat və dağıntı qeydə alınmayıb, söz-söhbətlər isə təxribat xarakteri daşıyır.

Xatırladaq ki, iyulun 12-dən etibarən Ermənistanın hərbi birləşmələri Tovuz rayonunun kəndlərini, Azərbaycan ordusunun istehkamlarını intensiv artilleriya atəşinə tutur.

Aşağıda müxbrilərin videoreportajını izləyə bilərsiniz.

 

0
Musavat.com